Türkiyənin Bolu bölgəsində təlim-məşq toplanışını davam etdirən AZAL klubu Eduardo da Konseysao Masieli heyətinə qatıb. Sportnet.az-ın məlumatına görə, braziliyalı ilə 2 illik müqavilə imzalanıb.
1986-cı ildə Braziliyada anadan olan Eduardo Polşa vətəndaşıdır. 27 yaşlı forvardın karyerasına gəlincə, Braziliyanın "Korintians” klubunun yetirməsi doğma vətənində bu klubdan başqa, "Botafoqo”da çıxış edib. Üstəlik, o Yaponiyada "Naqoya Qrampus Eyt”, Almaniyada "Rot Vayss Alen" və "Proyssen TV Verl”, Polşanın "Stomil” klublarının formasını geyib. Sambaçının son klubu isə Liviyanın "Əl-Əhli Aley" komandası olub.
Qeyd edək ki, AZAL bundan əvvəl Asif Mirili, Elvin Yaqublu, Təmkin Xəlilzadə, Novruz Məmmədov, Stanislav Namaşko, Orxan Lalayev, Luis Ramos, Tomi Kostadinov və Con Enrike Kordobanı heyətə cəlb edib.