
Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarının futbol matçlarında ilk finalçı bəlli olub.
Sportnet.az xəbər verir ki, yarımfinalda Mərakeş yığmasına 2:1 hesabı ilə qalib gələn İspaniya turnirin həlledici mərhələsinə vəsiqə əldə edib.
Pireneylilərin heyətində "Barselona"dan Fermin Lopes və "Sevilya"da çıxış edən Xuanlo Sançez fərqlənib.Qeyd edək ki, İspaniya millisinin finaldakı rəqibi Fransa - Misir matçının qalibi olacaq.