İspaniyanın "Atletiko" (Madrid) klubunun hücumçusu Samu Omorodion karyerasını İngiltərə təmsilçisi "Çelsi"də davam etdirəcək.
Sportnet.az xarici KİV-ə istinadən xəbər verir ki, 20 yaşlı futbolçu artıq London kollektivi ilə razılığa gəlib.
O, 2031-ci ilə qədər "zadəganlar"ın formasını geyinəcək. Bu transfer Premyer Liqa klubuna 41 milyon avroya başa gələcək.
Qeyd edək ki, ötən mövsümü icarə əsasında İspaniyanın "Alaves" komandasında keçirən Omorodion 35 matçda 9 qol vurub.