
Naxçıvan Mədəniyyət Nazirliyində tar müəllimi olaraq fəaliyyət göstərən Orxan Yakublu qeyri-adi səbəbdən işdən çıxarılıb.
Sportnet.az xəbər verir ki, musiqiçi İspaniyanın "Real" klubunun azarkeşi olduğu üçün vəzifəsindən azad edilib.
Yakublunun sözlərinə görə, bununla bağlı nazirliyin aparat rəhbəri Vəli Səfərov qərar verib:
“Gülməli səslənir, amma ağlamalı vəziyyətdəyik.12 ildir Mədəniyyət Şöbəsində Tar ixtisası üzrə müəllim işləyirəm. Srağagün Nazirliyin qabağında Vəli Səfərov və bəzi müavinlər futboldan söhbət edirdilər. Zarafat üçün dedim ki, Vəli müəllim, bütün komandalar "Real"ın yanında heç nədir. Bu sözümə görə Vəli Səfərov xəbər göndərib ki, ərizəsini yazsın”.
Qeyd edək ki, V.Səfərov daha əvvəl işçilərə "Ağacların üstündəki qarışqaları təmizləyin” əmri ilə gündəmə gəlmişdi.