İngiltərənin "Arsenal" klubu Premyer Liqanın digər təmsilçisi "Çelsi"dən Rahim Sterlinqi transfer edib.
Sportnet.az "Topçular"ın mətbuat xidmətinə istinadən xəbər verir ki, vingerlə 2024/25 mövsümünün sonuna qədər müqavilə imzalanıb.
Qeyd edək ki, 29 yaşlı futbolçu ötən mövsüm Premyer Liqada meydana çıxdığı 31 matçda 8 qol vurub.