"Qarabağ"ın futbolçuları Norveçdə "Budyo Qlimt"ə qarşı keçirdikləri UEFA Avropa Liqasının IV tur matçından əvvəl təqdirəlayiq davranışla yadda qalıblar.
Sportnet.az-ın məlumatına görə, bu, turnirin himni çalındığı vaxt baş verib.
Qapıçı Mateuş Koxalski və müdafiəçi Abbas Hüseynov onlarla birgə meydana çıxan uşaqların üşüdüklərini nəzərdən qaçırmayıblar. Onlar əyinlərindəki klub gödəkçələrini çıxararaq, uşaqların çiyinlərinə atıblar.
"Budyo Qlimt" futbolçuları isə gödəkçəsiz olduqları üçün üşüyən uşaqlara belə bir jest edə bilməyiblər.
Qeyd edək ki, hələlik matçda hesab açılmayıb.