Misli Premyer Liqasının XIII turunda "Sabah" "Kəpəz"lə heç-heçə edib.
Sportnet.az xəbər verir ki, "Bank Respublika Arena"da baş tutan görüşdə 2:2 hesablı bərabərlik qeydə alınıb.
Hesabı 4-cü dəqiqədə qonaqlardan Orxan Əliyev açıb. 32-ci dəqiqədə o, növbəti dəfə adını tabloya yazdırıb. Lakin Əliyev bu dəfə avtoqol müəllifi olub. 73-cü dəqiqədə Kahim Parris "bayquşlar"ı hesabda irəli çıxarsa da, final fitinə 1 dəqiqə qalmış Nicat Süleymanov vurduğu qolla qərb təmsilçisini məğlubiyyətdən xilas edib.
Qeyd edək ki, turun əvvəlki oyunlarında "Neftçi" "Şamaxı" ilə (2:2), "Səbail" isə "Turan Tovuz"la (1:1) heç-heçə edib.
Misli Premyer Liqası
XIII tur
9 noyabr
19:30. “Sabah” – “Kəpəz” - 2:2
Qollar: Orxan Əliyev, 23 (öz qapısına). Kahim Parris, 73 - Orxan Əliyev, 4. Nicat Süleymanov, 89
Baş hakim: Əliyar Ağayev