Almaniya mətbuatı ikinci Bundesliqanın XIII turunda bu gün keçiriləcək “Paderborn” – “Nürnberq” matçı haqda yazı hazırlayıb.
Sportnet.az xəbər verir ki, məqalədə Azərbaycan millisinin üzvü Mahir Emrelinin "Nürnberq"in düşərgəsinə tez, istirahət etmədən qayıtması vı start heyətində meydana çıxmağa hazır olduğu bildirilib.
Yazıda baş məşqçi Miroslav Klozenin fikirlərinə də yer verilib: "Ümid edirəm ki, onlar millidə kifayət qədər çalışıblar".
Qeyd edək ki, bu gün keçiriləcək görüşə Bakı vaxtı ilə saat 21:30-da start veriləcək.