Azərbaycan millisinin futbolçusu Mahir Emreli Almaniyanın "Nürnberq" klubunda məhsuldar ötürmə verib.
Sportnet.az xəbər verir ki, 27 yaşlı hücumçu "Paderborn"a qarşı II Bundesliqanınn XIII tur matçında assist müəllifi olub.
O, 8-ci dəqiqədə komandasının ilk qolunun vurulmasında iştirak edib.
Qarşılaşma "Nürnberq"in məğlubiyyəti ilə bitib - 2:3.