Azərbaycan millisinin futbolçusu Ozancan Kökçünün formasını geyindiyi Finlandiyanın HİK komandası Konfrans Liqasının əsas mərhələsində IV tur matçına çıxıb.
Sportnet.az xəbər verir ki, Finlandiya çempionu səfərdə Yunanıstanın "Panatinaikos" klubu ilə qarşılaşıb.
Kökçünün komandası 0:1 hesabı ilə uduzub. Oyuna start heyətində çıxan millimizin üzvü 68-ci dəqiqədə əvəzlənib. HİK hazırda 3 xalla 31-ci pillədədir.