İngiltərə Premyer Liqasında 17-ci tur sona çatıb.
Sportnet.az xəbər verir ki, lider Londona səfər edib.
"Tottenhem" - "Liverpul" görüşündə qapılara 9 qol vurulub. "Qırmızılar" səfərdə 6:3 hesabı ilə qalib gələriblər. Bu qələbədən sonra ehtiyatda bir oyunu olan Arne Slotun komandası ən yaxın izləyicisini 4 xal qabaqlayıb.
"Çelsi" "Everton"la görüşdə xal itirib, "Mançester Yunayted" isə öz meydanında ağır məğlubiyyətə uğrayıb.