Portuqaliya çempionatının XVII turunun “Nasional” – “Portu” oyunu yarımçıq dayandırılıb.
Sportnet.az xəbər verir ki, görüş güclü duman səbəbindən 15-ci dəqiqədə dayanıb və təxirə salınıb. Bu barədə “Portu”nun mətbuat xidməti məlumat yayıb.
Görüş yanvarın 15-də baş tutacaq.
“Portu” 40 xalla çempionatda ikinci sıradadır. “Nasional” isə 13 xalla 15-cidir.