"Bugünkü müqavilə ilə "Mingəçevir" klubunun idarəçiliyi ASTA-ya keçir".
Sportnet.az-ın məlumatına görə, bunu Futbolun İnkişaf Fondunun icraçı direktoru Tural Piriyev deyib. O, bir neçə təklif arasında "Mingəçevir" variantı üzərində dayandıqları bildirib. Piriyev Gənclər və İdman Nazirliyinin çox yaxşı şərtlərlə Mingəçevir şəhər stadionunu klubun uzunmüddətli istifadəsinə verdiyini açıqlayıb. O, nazirliyə və AFFA-ya təşəkkürünü bildirib.
Piriyev indiyədək "Turan Tovuz", "İmişli" və "Zaqatala" klubları üçün də sponsor tapdıqlarını xatırladıb.