![](https://sportnet.az/uploads/posts/2025-02/medium/1738756401_n.jpg)
"Qarabağ"dan ayrılan braziliyalı futbolçu Julio Romaonun Macarıstan təmsilçisi "Ferentsvaroş"a keçidi rəsmiləşib.
Sportnet.az xəbər verir ki, yarımmüdafiəçi ilə imzalanmış müqavilənin detalları açıqlanmayıb.
2022-ci ildən Azərbaycan çempionunda çıxış edən Romao 120 oyunda 2 qol vurub. O, 2022/2023 və 2023/2024 mövsümlərində Azərbaycan çempionu, 2023/2024 mövsümündə ölkə kubokunun qalibi olub.