![](https://sportnet.az/uploads/posts/2025-02/medium/1739122992_adana-demirspor.jpg)
Türkiyə Super Liqasında XXIII turun "Qalatasaray" - "Adana Demirspor" matçında qalmaqal baş verib.
Sportnet.az xəbər verir ki, 30-cu dəqiqədə qapılarına penaltinin təyin olunmasına etiraz edən qonaq komandanın futbolçuları meydanı tərk ediblər. Onlar birbaşa paltardəyişmə otağına yollanıblar. Həmin vaxt hesab 1:0 "Qalatasaray"ın xeyrinə olub. Baş hakim Oğuzhan Çakır qarşılaşmanın təxirə salınmasına qərar verib.
Qeyd edək ki, görüşün VAR hakimi danimarkalı Yakob Aleksander Sundberq olub. Daha əvvəl "İstanbulspor", "Eskişehirspor" və "Fənərbağça" da meydanı vaxtından əvvəl tərk ediblər. Hər 3 komandaya texniki məğlubiyyət verilib.