![](https://sportnet.az/uploads/posts/2025-02/medium/1739284662_co.jpg)
Azərbaycan millisinin futbolçusu Coşqun Diniyev Türkiyənin "Çorum" klubundakı debüt oyununda qol vurub.
Sportnet.az xəbər verir ki, o, I Liqaın XXIV turunun "Yeni Malatyaspor"la matçında fərqlənib. Yarımmüdafiəçi 14-cü dəqiqədə hesabı açıb. Hazırda davam edən görüşdə Diniyevin komandası öndədir - 1:0.
Qeyd edək ki, 29 yaşlı yarımmüdafiəçi qış fasiləsində "Bandırmaspor"dan "Çorum"a keçib.