![](https://sportnet.az/uploads/posts/2025-02/medium/1739439662_af.jpg)
AFFA İntizam Komitəsi bugünkü iclasında Əvəzedicilər Liqası ilə bağlı qeyri-adi pul cəzaları tətbiq edib.
Sportnet.az qurumun rəsmi saytına xəbər verir ki, cərimələr xərəkdaşıyan və topdaşıyanlara görə verilib.
Xərəkdaşıyanlar XXII turun "Şamaxı-2" - "Sumqayıt-2", topdaşıyanlar isə "Araz-Naxçıvan-2" - "Kəpəz-2" oyununda olmayıb. Bu səbəbdən, "Şamaxı-2" və "Araz-Naxçıvan-2" klubları hərəyə 80 manat cərimələnib.
"Şamaxı-2" daha 80 manatı oyunöncəsi iclasda nümayəndəsisinin iştirak etməməsi səbəbindən ödəyəcək.