
İtaliya A Seriyasında XXV turun mərkəzi görüşü "Yuventus" və "İnter" komandaları arasında keçirilib.
Sportnet.az-ın məlumatına görə, Turin şəhərindəki "Alyants" stadionunda təşkil olunmuş oyunda meydan sahibləri qalib gəliblər. Yeganə qolu 74-cü dəqiqədə Fransişku Konseysau vurub.
Bununla da "Yuventus" xallarını 46-ya çatdırıb və 4-cü pillədə qərarlaşıb. "İnter" isə 54 xalla 2-ci yerdə gedir.