
"Turan Tovuz" AFFA İntizam Komitəsinin tətbiq etdiyi 20 000 manat cərimə ilə əlaqədar açıqlama verməyəcək.
Sportnet.az xəbər verir ki, bu barədə Teleqraf-a klubun mətbuat katibi Süleyman Tağıyev bildirib. Onun sözlərinə görə, belə bir qərarı klubun İdarə Heyətini qəbul edib.
Xatırladaq ki, İntizam Komitəsi "Turan Tovuz"u, "Şamaxı"nı səfərdə 1:0 hesabı ilə yendikləri Azərbaycan Premyer Liqasının XXIV tur matçından öncə oyunun ədalətli keçəcəyini şübhə altına alan bəyanat verdiyi üçün cərimələyib.