
İngiltərə Federasiya Kubokunun 5-ci turunda keçirilən "Kristal Palas" - "Milluoll" matçında qorxulu anlar yaşanıb.
Sportnet.az xəbər verir ki, matçın ilk hissədində top uğrunda mübarizə zamanı meydan sahiblərinin hücumçusu Filip Mateta başından ağır zədə alıb.
Top uğrunda mübarizə zamanı qonaqların qapıçısı Liam Roberts rəqib hücumçunun başına təpiklə vurub. Nəticədə Mateta yerdə qalıb. Həkimlərin müdaxiləsindən sonra dərhal xəstəxanaya çatdırılan futbolçunun sol qulağının yırtıldığı məlum olub. Onun qulağına 25 tikiş qoyulub.
Qeyd edək ki, bu hərəkətinə görə qapıçı Roberts qırmızı vərəqə ilə meydandan qovulub.