
Azərbaycan Premyer Liqasında XXV tura yekun vurulub.
Sportnet.az xəbər verir ki, bağlanış oyununda "Neftçi" səfərdə "Kəpəz"in qonağı olub. Tovuz şəhər stadionunda reallaşan görüşdə Gəncə təmsilçisi rəqibini minimal hesabla məğlub edib. Yeganə qolu 50-ci dəqiqədə Şervoni Mabatşoyev vurub.
Bu nəticədən sonra xallarını 22-yə çatdıran Qərb təmsilçisi 9-cu pillədə qərarlaşıb. “Kəpəz”in turnir cədvəlindəki mövqeyi dəyişməsə də, komanda 8-ci yerdəki “Sumqayıt”la xallarının sayını bərabərləşdirib. “Neftçi” isə 27 xalla 6-cı sırada qalıb.
Qeyd edək ki, turun əvvəlki görüşlərində "Qarabağ" "Sumqayıt"ı, "Şamaxı" "Səbail"i, "Zirə" "Turan Tovuz"u 2:0 hesabı ilə məğlub edib. "Sabah" - "Araz-Naxçıvan" matçı isə qollu heç-heçə ilə yekunlaşıb - 2:2.
----------------------------------------
Futbol üzrə Azərbaycan Premyer Liqasında XXV tura bu gün yekun vurulacaq.
Sportnet.az xəbər verir ki, son oyun günü bir qarşılaşma baş tutacaq. Elitada qalmaq uğrunda mübarizə aparan “Kəpəz” ev oyunlarını keçirdiyi Tovuz stadionunda “Neftçi”ni qəbul edəcək.
Gəncə təmsilçiləri əzəli rəqiblərini məğlub etsələr, turnir cədvəlində “Sumqayıt”a çatacaqlar. “Neftçi” sensasiyaya imkan verməsə, yaxın rəqibi “Sabah”la xal fərqini 4-ə endirə bilər.
Turun dünən keçirilən oyunlarında "Sabah" evdə “Araz-Naxçıvan”la heç-heçə (2:2) edib, “Zirə” səfərdə “Turan-Tovuz”u udub (2:0).
Martın 3-də isə “Şamaxı” səfərdə “Səbail”i, “Qarabağ” isə “Sumqayıt”ı 2:0 hesabı ilə məğlub edib.
5 mart (çərşənbə)
17:00. “Kəpəz” – “Neftçi” - 1:0
Qol: Şervoni Mabatşoyev, 50
Hakimlər: Cavid Cəlilov, Müslüm Əliyev, Eyyub İbrahimov, Elvin Bayramov
VAR: Rauf Allahverdiyev
AVAR: Asiman Əzizli
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Asif Əliyev
Tovuz şəhər stadionu.