
UEFA Çempionlar Liqasında (ÇL) İspaniyanın "Barselona" klunun futbolçusu Rafinya və Almaniya "Bavariya"sından Harri Keyn milli rekorda imza atıblar.
Sportnet.az "Opta"ya istinadən xəbər verir ki, Rafinya braziliyalılar, Keyn isə ingilislər arasında bir mövsüm ərzində ÇL-də ən çox qol vuran oyunçu olub.
29 yaşlı braziliyalı buna ötən gün Portuqaliya "Benfika"sı ilə matçda (3:1) dubla imza atmaqla, 32 yaşlı ingilis isə Almaniya "Bayer Leverkuzen"i ilə qarşılaşmada (2:0) vurduğu bir qolla çatıb.
Rafinyanın hazırda aktivində 11, Keynin isə 10 qolu var.
Qeyd edək ki, "Barselona" 1/4 final mərhələsində "Borussiya Dortmund" (Almaniya) - "Lill" (Fransa) cütünün qalibi ilə, "Bavariya" isə İtaliya "İnter"i ilə üz-üzə gələcək.