
“Azərbaycan minifutbolun inkişaf etdiyi ölkədir”.
Sportnet.az xəbər verir ki, bu sözləri Dünya Minifutbol Federasiyasının prezidenti Filip Yuda Bakıda keçiriləcək dünya çempionatının püşkatma mərasimindən sonra jurnalistlərə açıqlaması zamanı deyib.
O, Bakının mundiala yüksək səviyyədə ev sahibliyi edəcəyinə inandığını vurğulayıb.
“Azərbaycan Minifutbol Federasiyasının rəhbərliyinə təşəkkür edirəm. Onlar bu idman növünün inkişafı üçün müxtəlif tədbirlər həyata keçiriblər”, - deyə Filip Yuda vurğulayıb.
Funksioner ötən gün minifutbol üzrə Azərbaycan çempionatında “Zirə” və “Birbaşa Bakı” komandaları arasında baş tutan final qarşılaşmasını izlədiyini də qeyd edib: “Çox möhtəşəm və gərgin matç idi”.
Qeyd edək ki, turnir mayın 21-dən iyunun 1-dək Bakıda keçiriləcək.