
Bu gün UEFA Konfrans Liqasında 1/8 final mərhələsinin cavab oyunları keçiriləcək.
Sportnet.az xəbər verir ki, "Çelsi" İngiltərədə Danimarkanın "Kopenhagen" klubunu qəbul edəcək. İlk oyunda londonlular 2:1 hesablı qələbəyə sevinib.
Turnirin son finalçısı İtaliyanın "Fiorentina" klubu isə evdə Yunanıstan "Panatinaikos"unu üstələməyə çalışacaq. Komandalar arasında keçirilən ilk oyunda yunanlar 3:2 hesabı ilə qalib gəlib.
UEFA Konfrans Liqası
1/8 final mərhələsi, cavab oyunları
13 mart
21:45 "Yurqorden" (İsveç) - "Pafos" (Kipr) (ilk oyun 0:1)
21:45 "Rapid" (Avstriya) - "Borats" (Bosniya və Herseqovina) (ilk oyun 1:1)
21:45 "Luqano" (İsveçrə) - "Tsele" (Sloveniya) (ilk oyun 0:1)
21:45 "Serkl Brügge" (Belçika) - "Yaqelloniya" (Polşa) (ilk oyun 0:3)
00:00 "Vitoriya" (Portuqaliya) - "Real Betis" (İspaniya) (ilk oyun 2:2)
00:00 "Çelsi" (İngiltərə) - "Kopenhagen" (Danimarka) (ilk oyun 2:1)
00:00 "Legiya" (Polşa) - "Mölde" (Norveç) (ilk oyun 2:3)
00:00 "Fiorentina" (İtaliya) - "Panatinaikos" (Yunanıstan) (ilk oyun 2:3).