
İspaniyanın "Real Madrid" klubunun futbolçusu Cud Bellingemə azarkeşlər su qabı atıblar.
Sportnet.az "Marca"ya istinadən xəbər verir ki, bu, komandanın futbolçuları UEFA Çempionlar Liqasının 1/4 mərhələsinə yüksəlmələrini qeyd etdikləri vaxt baş verib.
İngiltərəli yarımmüdafiəçi su qabının atıldığını gördükdə özünü itirməyib və hətta ona topa vururmuş kimi kəllə atıb.
Qeyd edək ki, Cud Bellingemin 2023-cü ilin yayında Almaniyanın “Borussiya Dortmund” klubundan “Real Madrid”ə transfer olunub. "Kral klubu" Çempionlar Liqasının 1/8 final mərhələsində "Atletiko"nu üstələyib - 0:1 (penaltilərlə - 4:2; ilk oyun - 2:1).