
AFFA U-13 Liqasında çıxış edən "Uğur" klubu çempionatdan kənarlaşdırılıb.
Sportnet.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsi qərar verib.
"Uğur" komandasını evdə keçirilməli olduğu "Qala" (Bərdə) ilə oyuna təyin edilən vaxtda gəlməyib. Mingəçevir təmsilçisinə 0:3 hesablı texniki məğlubiyyət verilib və bu hal 3-cü dəfə təkrarlandığı üçün "Uğur" klubu yarışlardan kənarlaşdırılıb.