
İspaniyanın "Barselona" klubunun baş məşqçisi Hans-Diter Flik bu mövsüm La Liqada dördüncü dəfə ən yaxşı adına layiq görülüb.
Sportnet.az "Barca News"ə istinadən xəbər verir ki, bu, 60 yaşlı alman mütəxəssisin mart ayının da ən yaxşısı seçilib.
"Barselona" İspaniya çempionatında iki oyun keçirib və qələbə qazanıb. Kataloniya klubu “Real Sosyedad”ı (4:0) və “Atletiko"nu (4:2) məğlub edib. Məşqçi fevral ayında da eyni uğuru qazanmışdı.
Qeyd edək ki, H.Flikin rəhbərlik etdiyi kollektiv La Liqada 28 turdan sonra 60 xalla turnir cədvəlinə başçılıq edir.