
"Sabah" klubunun qapıçısı Stas Pokatilov futbol üzrə Qazaxıstan millisinin düşərgəsini tərk edib.
Sportnet.az Qazaxıstan Futbol Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, 33 yaşlı qolkiper Lixtenşteynə qarşı 2026-cı il dünya çempionatının seçmə qrup matçında çıxış etməyəcək.
Pokatilovun şəxsi səbəblərdən belə bir addımı atdığı bildirilir. Hazırda yığmanın düşərgəsində qapıçı qismində Muhammedjan Seysan, Aleksandr Zarutski və Temirlan Anarbekov qalıb.
Martın 22-də Uelsə səfərdə 1:3 hesabı ilə uduzduğu görüşdə Qazaxıstan millisinin qapısını Zarutski qoruyub, Pokatilov isə ehtiyatda oturub.
Qeyd edək ki, Lixtenşteyn - Qazaxıstan matçı bu gecə Bakı vaxtı ilə saat 23:45-də başlanacaq.