
Haiti ilə oyunda qol imkanlarından istifadə edə bilmədik.
Bunu sportnet .az-a açıqlamasında Azərbaycan millisinin sabiq futbolçusu Emin İmaməliyev yığmanın həm martın 22-də baş tutmuş Haiti, həm də bu gün keçiriləcək Belarusla yoldaşlıq matçları haqqında danışarkən deyib.
44 yaşlı keçmiş yarımmüdafiəçi əvvəlki nəticəni unudub Belarusla matça köklənməyin vacibliyini vurğulayıb:
“Haiti ilə oyunda tez buraxılan qol komandaya təsir etdi. Buna baxmayaraq sonradan yaratdığımız qol imkanlarından istifadə edə bilmədik və sonda 0:3 hesablı məğlubiyyət gördük. Əlbəttə, hər məğlubiyyət acıdır.
Yoldaşlıq matçı olmasına baxmayaraq, nəticə çıxarıb qarşıdakı - Belarusla oyuna köklənmək lazımdır. Dünya çempionatının qrup mərhələsinə hazırlıq oyunudur.
Səhvlər olmaldır ki, onları düzəldəsən. İnanıram ki, bu gün komanda Belarusa qarşı tam fərqli futbol oynayıb azarkeşləri sevindirəcək və Haitiyə məğlubiyyəti unutduracaq. Millimizə uğurlar arzulayıram”.
Qeyd edək ki, bu gün Masazırdakı “Bank Respublika Arena”da təşkil olunacaq Azərbaycan - Belarus matçı saat 21:45-də başlayacaq.