
İspaniyanın "Real Madrid" klubu İngiltərə "Arsenal"ının futbolçusu Rikkardo Kalafiori ilə yaxından maraqlanır.
Sportnet.az tribaltfootball-a istinadən xəbər verir ki, "kral klubu" 23 yaşlı hücumçunu yay transfer dövründə komandaya cəlb etmək niyyətindədir.
İtaliyalı baş məşqçi Karlo Ançelotti həmyerlisinin həm mərkəz, həm də sol cinah müdafiəçisi mövqeyində çıxış edə bilməsi baxımından bu transferdə maraqlıdır.
Bildirilir ki, Çempionlar Liqası iştirakçısı ötən yay İtaliya millisinin üzvü ilə müqavilə imzalamağa yaxın olsa da, transfer nəticə verməyib.
Qeyd edək ki, “Roma”nın yetirməsi olan Rikkardo Kalafiori ötən yay “Arsenal”la müqavilə bağlayıb. Cari mövsüm 17 matçda iştirak edən futbolçu 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.