
"Turan Tovuz" klubu üçün yeni baza inşa olunacaq.
Sportnet.az xəbər verir ki, baza Tovuz çayının kənarında - Tovuzun Abulbəyli kəndinin ərazisində yerləşəcək. Bunun üçün 2 hektar ərazi ayrılıb.
Burada komandanın əvəzedici və aşağı yaş qruplarından ibarət komandalarının məşq edib-oynaya bilmələri üçün futbol meydançası da salınacaq. Onlardan ikisi təbii örtüklü, biri isə süni örtüklü olacaq. Tikinti işlərinə yayda start veriləcək.
Klub rəhbərliyi və AFFA nümayəndələri bu gün həmin əraziyə baxış keçiriblər.
Həşim MƏMMƏDOV