
“Növbəti oyunlarda da qol vurmağa çalışacağam”.
Sportnet.az-ın məlumatına görə, bunu Teleqraf-a açıqlamasında “Sumqayıt”ın futbolçusu Bobir Abdixolikov evdə “Sabah”la 3:3 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının XXVIII tur oyunundan sonra deyib.
Özbəkistanlı hücumçu bildirib ki, “Sabah”ı məğlub etmək istəyirdilər: “Yığma komandalara görə yaranan fasilədən sonra ilk oyunumuz olduğu üçün çətin matç alındı. Qələbə qazanmaq istəyirdik, amma əsas olan məğlub olmamağımızdır. Bu gün fərqlənə bildim, növbəti oyunlarda da çalışacağam ki, qol vurum”.
28 yaşlı oyunçu Özbəkistanla Azərbaycan futbolunu müqayisə edib: “Orada texniki göstəricilərə üstünlük verilir, hər iki ölkə bu cəhəddən oxşardır. Özbək futbolçular Azərbaycan Premyer Liqasına gəlib özlərini göstərsələr, daha da yaxşı çempionata keçə bilərlər”.
Qeyd edək ki, Bobir Abdixolikov qış transfer pəncərəsində vətəninin “Nasaf” klubundan “Sumqayıt”a keçib. O, “kimyaçılar”ın heyətində 6 oyuna 2 qol vurub.