
İngiltərənin “Mançester Siti” klubu İspaniya “Barselona”sının futbolçusu Pedri ilə yaxından maraqlanır.
Sportnet.az “El Nacional” nəşrinə istinadən xəbər verir ki, “şəhərlilər”in baş məşqçisi Xosep Qvardiola 22 yaşlı ispan futbolçununun oyununu bəyənir.
“Mançester Siti”nin Pedriyə görə təxminən 100 milyon avro təklif etməyə hazır olduğu bildirilir. Lakin Kataloniya klubunun prezidenti Joan Laportanın bu təklifi qəbul edəcəyi ağlabatan deyil. Laporta şəxsi söhbətində futbolçunun özü xahiş etməsə, komandanı tərk etməyəcəyini bildirib.
Qeyd edək ki, yanvarda Pedri Kataloniya klubu ilə 2030-cu ilin yayına qədər yeni müqavilə imzalayıb.