
AFFA İntizam Komitəsi "Turan Tovuz"un futbolçusu Veysəl Rzayevi cəzalandırıb.
Sportnet.az xəbər verir ki, səbəb kimi 23 yaşlı yarımmüdafiəçinin Azərbaycan Premyer Liqasında XXIX turun “Səbail” komandası ilə səfər oyunu bitdikdən sonra azarkeşi vurmağa cəhd etməsi göstərilib.
Rzayev 1 oyun şərti olmaqla 2 oyunluq cəzalandırılıb, “Turan Tovuz” isə 2000 manat cərimələnib. Sınaq müddəti 3 ay təyin edilib.
Qeyd edək ki, "Turan Tovuz" aprelin 12-də Premyer Liqanın XXX turunda "Sabah" komandasını qəbul edəcək. Veysəl Rzayev 2022-ci ildə icarədən götürüldüyü kluba qarşı oynaya bilməyəcək.