
İngiltərənin "Arsenal" klubu UEFA Çempionlar Liqasında 2004/2005 mövsümündən sonra məğlubiyyətsizlik seriyası rekordu müəyyənləşdirib.
Sportnet.az-ın "Squawka"ya istinadən məlumatına görə, bu, "Emirates" stadionunda İspaniya "Real Madrid"i üzərində 3:0 hesablı 1/4 final mərhələsinin ev qalibiyyətindən sonra baş verib.
6 qələbə və 1 heç-heçədən ibarət 7 oyunluq seriya London təmsilçisi üçün son 20 ildə ilk olub.
Qeyd edək ki, indiyədək "Arsenal" Çempionlar Liqasında heç bir titul qazanmayıb. "Kanonirlər" sonuncu dəfə 2006-cı ildə finalda çıxış ediblər. Həmin görüşdə İspaniya "Barselona"sı qələbə qazanıb - 2:1.