
Aprelin 21-də ""Turan Tovuz"un Bakının Kürdəxanı qəsəbəsində inşası davam edən Hünər təlim-məşq bazasının istismara hazır olan təbii örtüklü meydançasının açılış mərasimi keçiriləcək.
Sportnet.az xəbər verir ki, ümumi sahəsi 5 hektadan böyük olan Kürdəxanı layihəsində əsas korpusun inşası ilə yanaşı, daha 2 təbii örtüklü meydança salınacaq.
İstismara verilən meydança isinmə hərəkətləri üçün ayrıca təbii ot örtüklü zona, buz hovuzu, sauna, toplantı və iclas zalları, soyunub-geyinmə otaqları, sanitar qovşaq, həkim və masaj otağı, 3 mərtəbədən ibarət izləmə və çəkiliş qülləsi, müasir standartlara uyğun qazanxana, suvarma sistemi ilə təmin olunub.
Qeyd edək ki, tədbir saat 13:00-da başlanacaq.