
"Neftçi"nin zədələnmiş futbolçusu Emil Səfərov əməliyyat olunub.
Sportnet.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Futbolçunun çiynində bazu oynağının təkrarı çıxığı baş verib. Nəticədə o, Türkiyənin İstanbul şəhərində artroskopik əməliyyat olunub.
Əməliyyatı uğurla başa çatan Səfərovun iki gün sonra Bakıya qayıdacağı, müalicə və bərpa prosesinə, təxminən üç aydan sonra isə məşqlərə start verəcəyi bildirilib.
Qeyd edək ki, Emil Səfərov Azərbaycan Premyer Liqasının XXIX turunda, aprelin 7-də Şamaxı şəhər stadionunda keçirilmiş “Şamaxı” ilə matçda zədələnmişdi.