
Cənubi Azərbaycanın "Traktor" klubu tarixində ilk dəfə İran çempionu olub.
Sportnet.az xəbər verir ki, Təbriz komandası bu nailiyyətə İran Pro Liqasının XXVIII turunda nail olub.
"Traktor" səfərdə "Şəms Azər Qəzvin"i 4:0 hesabı ilə məğlub edib. Paralel qarşılaşmada isə "Sepahan" öz meydanında "Gol Gohar"a yenilib - 1:2.
Nəticədə Təbriz kollektivi xalını 64-ə çatdırıb və sona 2 tur qalmış ən yaxın izləyicisi olan İsfahan təmsilçisini 8 xal geridə qoyub.
Qeyd edək ki, 1970-ci ildə təsis olunmuş "Traktor" indiyədək iki dəfə İran Kubokunu qazanıb.