
Azərbaycan I Liqasında XXIV tura yekun vurulub.
Sportnet.az xəbər verir ki, turun mərkəzi görüşündə çempion "Qəbələ" "Karvan"ın qonağı olub. Yevlax şəhər stadionunda keçirilmiş görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb. Bununla da "Qəbələ" "İmişli"dən sonra "Karvan"dan da məğlubiyyət alıb.
Qeyd edək ki, I Liqada ötən tur "Qəbələ" çempionluğu, "Karvan" və "İmişli" Premyer Liqaya vəsiqəni təmin edib.
2 may (cümə)
17:00. “İmişli” – “Qaradağ Lökbatan” - 3:1
Qollar: İdris İnqilablı, 56. Oluvasen Timilehin, 65. Seyxan Fərəcov, 90+1 – Nurlan Novruzov, 75
Hakimlər: Emin Əliyev, Rəhman Aslanov, Zakir Şükürzadə, Sənan Bayramzadə
Heydər Əliyev adına İmişli şəhər stadionu, 850 tamaşaçı
17:00. “Zaqatala” – MOİK - 1:0
Qol: Roini İsmayılov, 57
Qırmızı vərəqə: Əzəmət Ələkbərli, 90+3 (rəqibi aşkar qol vurmaqdan məhrum etmək - MOİK)
Hakimlər: Fərid Hacıyev, Teymur Teymurov, Anar Bədəlov, Əkbər Əhmədov
Zaqatala OİK stadionu, 250 tamaşaçı
17:00. “Karvan” – “Qəbələ” - 2:0
Qollar: Emil Qasımov, 62; Ezekiel Morqan, 80
Hakimlər: Kamran Əliyev, Kərim Zeynalov, Samir Qaracayev, Niyaz Əhmədov
Yevlax şəhər stadionu, 3000 tamaşaçı
1 may (cümə axşamı)
13:00. “Cəbrayıl” – “Bakı Sportinq” - 2:1
Qollar: Bilal İsmayılov, 27. Tapdıq Əhmədov, 85 - Elşən Abdullayev, 87
Qırmızı vərəqə: Tapdıq Əhmədov, 85 (qeyri-etik ifadə və ya hərəkət - "Cəbrayıl")
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Alik Yunusov
ASCO Arena. 50 tamaşaçı
17:00. “Difai” – “Mingəçevir” - 1:4
Qollar: Kristian Kamta, 70 (pen.) - Nahid Əliyev, 8; 90+3. Taleh Fərmanov, 58; 74
Qırmızı vərəqələr: Riad Abbaszadə, oyundan sonra (təcavüzkar davranış) - Elməddin Məmmədov, oyundan sonra (təcavüzkar davranış)
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Zöhrab Abbasov, Elvin Bayramov
Şamaxı OİK stadionu. 80 tamaşaçı.