
"Azərbaycan xalqını təbrik edirəm. Ümid edirəm ki, onlar builki çıxışımızdan razı qaldılar".
Sportnet.az-ın məlumatına görə, bunu "Traktor"un futbolçusu Mehdi Torabi komandasının səfərdə "Şəms Azər"ə 4:0 hesabı ilə qalib gələrək, İran çempionu olması barədə fikirlərini bölüşərkən deyib.
31 yaşlı yarımmüdafiəçi azarkeşlərə təşəkkürünü bildirib: "Tərəfdarlarımıza minnətdarlıq etmək istərdim. Onlar səhər tezdən stadiona gəldilər, tribunaları doldurdular və bizi ruhlandırdılar. Azarkeşlərimiz evlərinə razı qayıdırlar. Bizi "Nassaci" ilə ev oyunumuzda da dəstəkləyərlər. Ümidvaram ki, Təbrizdə keçirəcəyimiz növbəti tur oyununda da qələbəni bayram edəcəyik".
Qeyd edək ki, "Traktor" - "Nassaci" oyunu mayın 8-də keçiriləcək.