
Azərbaycan II Liqasında XXIV turun "Şəfa" ilə səfər oyununda "Şahdağ Qusar" azarkeşləri qeyri-adi davranışla yadda qalıblar.
Sportnet.az xəbər verir ki, görüşün əvvəllərində qusarlı fanatlar tribunadan meydana şabaş atmağa başlayıblar.
Kağız "pullar" səpələyən qonaq komanda tərəfdarları bununla "Şəfa"nın oyuna bilet qiymətini onlar üçün 10 manata qaldırmasına etiraz ediblər.
Bir müddət sonra meydanda "Şahdağ Qusar"ın futbolçusuna qarşı edilən kobudluq zamanı isə kiçik insident yaranıb. Bu vaxt qusarlı azarkeşlər meydana su qabı atıblar.
Eyni zamanda, onlar tribunada fişənglər yandırıblar.
Qeyd edək ki, hələlik hesab bərabərdir - 0:0.