
İspaniyanın “Barselona” klubunun əsas ulduzu Lamin Yamal UEFA Çempionlar Liqasında mübarizəni dayandırdıqdan sonra sosial şəbəkədə paylaşım edib.
Sportnet.az-ın məlumatına görə, 18 yaşlı futbolçu komandası İtaliyanın “İnter” klubuna 3:4 hesabı ilə məğlub olduqdan sonra azarkeşlərə müraciət edib.
“Biz hər şeyimizi verdik. Bu il alınmadı, amma qayıdacağıq. Şübhə etməyin, ‘Kullers”. Biz bu klubu layiq olduğu ən yüksək səviyyəyə çatdırana qədər dayanmayacağıq. Mən sözümü tutacağam və bu kuboku Barselonaya gətirəcəyəm. Ona sahiblənənə qədər dayanmayacağıq.
Amma bazar günü bizi daha bir final gözləyir və hamımız birlikdə olmalıyıq. İrəli, ‘Barca!” – deyə Yamal yazıb və paylaşımına matçdan olan qara-ağ şəklini əlavə edib.