
Paris polisi Fransanın PSJ və İngiltərənin "Arsenal" komandaları arasındakı UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab görüşündəki çaxnaşmalar zamanı 43 nəfəri saxlayıb.
Sportnet.az "Le Parisien" nəşrinə istinadən xəbər verir ki, təhlükəsizliyi təmin etmək üçün 2 000-dək polis iş başında olub.
Çaxnaşmalar müddətində avtomobillərdən biri piyadaların üstünə çıxıb. Buna görə fanatlar maşını yandırıblar.
Qeyd edək ki, PSJ "Arsenal" üzərində 1:0 və 2:1 hesablı qələbələr sayəsində finala yüksəlib. Mayın 31-də Almaniyanın Münhen şəhərindəki "Alyans Arena"da keçiriləcək həlledici qarşılaşmada rəqib İtaliya "İnter"i olacaq.