Azərbaycan Premyer Liqasında XXXV turun oyun cədvəli məlum olub.

 

Sportnet.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, turun görüşləri 17-18 mayı əhatə edəcək.

 

Liqada çempionluğunu təmin etmiş "Qarabağ" komandası evdə "Kəpəz"lə üz-üzə gələcək. Mayın 18-i "Azərsun Arena"da təşkil olunacaq görüşdən sonra Qurban Qurbanovun rəhbərlik etdiyi kollektivə çempionluq kuboku və medallar təqdim olunacaq. Qarşılaşma saat 19:00-da başlayacaq.

 

Azərbaycan Premyer Liqası

XXXV tur

 

17 may (şənbə)

17:00. “Sumqayıt” – “Turan Tovuz”
M. Hüseynzadə adına Sumqayıt şəhər stadionu

 

17:00. “Zirə” – “Sabah”
Zirə İdman Kompleksinin stadionu

 

17:00. “Şamaxı” – “Araz-Naxçıvan”
Şamaxı şəhər stadionu, 17:00 (canlı / pfl.az)

 

18 may (bazar)

17:00. “Neftçi” – “Səbail”

“Neftçi Arena”

 

19:00. “Qarabağ” – “Kəpəz”
“Azersun Arena”