Çili milli komandasının futbolçusu Qonsalo Hara Amerika Kubokunun sonunadək diksvalifikasiya olunub. Sportnet.az-ın məlumatına görə, buna 29 yaşlı müdafiəçinin Uruqvayı 1:0 hesabı ilə yendikləri matçda qalmaqal törətməsi səbəb olub.
O, rəqib futbolçu Edinson Kavaniyə qarşı tərbiyəsizlik edib. Kavani ciddi reaksiya vermədiyi halda, Hara sifətini tutaraq, yerə yıxılıb. Müdafiəçi hücumçunun onu vurduğu görüntüsünü yaratmağa çalışıb.
Baş hakim Haranın bu hiyləsinə aldanıb və Kavanini ikinci sarı vərəqə ilə meydandan qovub. Hadisə matçın 63-cü dəqiqəsində baş verib.