
Braziliya Futbol Konfederasiyası (CBF) italiyalı baş məşqçi Karlo Ançelotti ilə müqavilə imzaladıqlarını elan edib.
Sportnet.az xəbər verir ki, bu barədə CBF-nin mətbuat xidməti məlumat yayıb.
65 yaşlı mütəxəssislə 1 illik müqavilə imzalanıb. Sözləşmə 2026-cı ildə keçiriləcək dünya çempionatını əhatə edəcək.