
Karlo Ançelotti 60 ildən sonra Braziliya millisinin ilk əcnəbi baş məşqçisi olub.
Sportnet.az xəbər verir ki, sonuncu dəfə 1965-ci ildə bu vəzifədə argentinalı Filpo Nunyes çalışıb.
Ançelotti isə karyerasında ilk dəfə yığmaya rəhbərlik edəcək.
65 yaşlı mütəxəssislə müqavilənin imzalandığını bu gün Braziliya Futbol Konfederasiyası açıqlayıb. O, "sambaçılar"ı 2026-cı il dünya çempionatına hazırlayacaq. Ançelotti millini 6 iyunda Ekvador və 11 iyunda Paraqvaya qarşı seçmə oyunlara çıxaracaq.