
"Sabah" klubunun 2024-cü ildə gəlir və xərcləri əvvəlki illə müqayisədə artıb.
Sportnet.az-ın məlumatına görə, bu barədə klubun yaydığı illik maliyyə hesabatında bildirilir.
Sənəddə göstərilir ki, klubun əməliyyat gəlirləri 26 milyon 953 min 800 manat, əməliyyat xərcləri 22 milyon 835 min 900 manat olub.
Bilet satışından gəlir 5,5 dəfə, nümayiş hüququndan daxil olma 2,5 dəfə, Futbolun İnkişaf Fondundan daxilolma isə 350 min manatadək azalıb. Əvəzində sponsorlardan gəlirlər 4,7 milonadək, sair gəlirlər 1 milyondan çox artıb.
Xərclərdə isə xeyli artım baş verib. Əmək haqqı və mükafatlara əlavə 2 milyon manat, agentlərə 300 min manatdan çox sərf olunub.
Bununla da "Sabah"ın əməliyyat xərcləri 20 milyon 845 min 500 manatdan 22 milyon 600 min manata yüksəlib. Əməliyyat fəaliyyətindən mənfəət 3 dəfəyədək - 1 milyon 990 min 400 manatdan 4 milyon 353 min 800 manata çatıb.
Oyunçu alqı-satqısında klub 3 milyon 270 min manat zərərə uğrayıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,5 milyon manatadək çoxdur.
Bununla belə, "Sabah" 2024-cü ili 717 min 200 manat xalis mənfəətlə başa vurmağı bacarıb.