
İngiltərənin "Everton" klubu 3 futbolçusu ilə yollarını ayırıb.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, qapıçılar Asmir Beqoviç və Joau Virjiniya, eləcə də müdafiəçi Eşli Yanqın başa çatan müqavilələri uzadılmayıb.
Beqoviç 2019-cu il sentyabrın 2-dən 2020-ci ilin yanvarınadək "Qarabağ"da icarə əsasında çıxış edib. Həmin vaxt o, müqavilə ilə İngiltərənin daha bir təmsilçisi "Bornmut"a məxsus olub.
Təcrübəli qolkiper Azərbaycan komandasında Premyer Liqanın 10 oyununda 5 top, Avropa Liqasının 5 matçında 10 top buraxıb.
Bosniya və herseqovinalı oyunçu 2021 - 2023-cü illərdə də "Everton"un formasını geyinib. Onun komandaya ikinci qayıdışı ötən yay baş verib.