
“Julio Romaodan hələ təbrik mesajı almamışam. Amma yüz faiz alacağam. Mən də ona qarşılıq verəcəyəm, çünki onlar da çempion olublar”.
Bunu Sportnet.az-a açıqlamasında “Qarabağ”ın braziliyalı futbolçusu Mateuş Silva Azərbaycan Premyer Liqasının XXXV turunda evdə “Kəpəz”i 3:0 hesabı ilə məğlub etdikləri oyundan sonra deyib.
28 yaşlı müdafiəçi mövsümü belə dəyərləndirib: “Cari mövsüm bizim üçün bərəkətli, proqrossiv oldu. Bəhrəsini də gördük. Ümid edirəm ki, növbəti mövsüm bundan da yaxşı olacaq”.
Ağdam təmsilçisinin legioneri "Sabah" komandasına qarşı Azərbaycan Kubokunun finalı barədə "Şamaxı" ilə son tur oyunundan sonra düşünəcəklərini söyləyib: “Çempionat və kubok ayrı turnirdir. Ona görə də biz bu bu titulu necə lazımdır, qeyd etməyə çalışacağıq. Düzdür, bir çempionat oyunumuz qalıb. Onu yola verdikdəın sonra kubokun finalı barədə düşünə bilərik”.
Silva “qızıl dubl” etmək hədəfindən də danışıb: “Hər oyunda məqsədimiz qələbə qazanmaqdır. Kubokun finalı da istisna olmayacaq. “Qarabağ”ın kolleksiyasına daha bir titul əlavə etməyə çalışacağıq”.
Qeyd edək ki, Julio Romao qış transfer dönəmində Macarıstanın "Ferençvaroş" klubuna transfer olunub.